30.12.2019

Xızıda yeniyetmələr arasında sərbəst güləş üzrə rayon birinciliyi keçirilib

Birinciliyin açılışında çıxış edən Xızı rayon Uşaq-Gənclər, İdman-Şahmat məktəbinin direktoru Esmira Rəsulova yarışın məqsədinin rayonun yığma komandasına perspekivli idmançıların seçilməsi, yeniyetmələrə sağlam həyat tərzinin aşılanması, asudə vaxtının səmərəli təşkili, rayon ərazisində sərbəst güləş idman növünün təbliği və inkişaf etdirilməsi olduğunu bildirib

Yarışda baş hakim Əbdürəhimli Rahim Güləli oğlu, baş katib isə Qulamov Zülfüqar Sabir oğlu olublar.

Yarışın sonunda hər çəki dərəcəsində birinci, ikinci və üçüncü yerləri qazanan idmançılar Rayon Uşaq-Gənclər, İdman-Şahmat məktəbinin diplom və medalları ilə təltif olunublar.


Açar sözlər: ,  ,