14.01.2020

Xızı məktəblilərinin sərbəst güləş üzrə növbəti uğuru

Şamaxı şəhərində 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş sərbəst güləşi üzrə respublika turniri keçirilib.

Yarışda ölkəmizin uşaq və yeniyetmə güləşçiləri mükafatlar uğrunda mübarizə aparıb. Turnirdə Xızı rayon Uşaq-Gənclər, İdman-Şahmat məktəbi üzrə  C.Novruz adına Sitalçay 1 saylı tam orta məktəbin VII sinif şagirdi Elmir Hüseynov (38 kq), Yeni-Yaşma kənd tam orta məktəbinin VI sinif şagirdi Xanhüseyn Cəlilzadə (48 kq), Renat İksanlı (26kq) birinci yerə layiq görülüb.

Mükafatlara layiq yer tutan güləşçilərə diplom və medalları təqdim olunub.

 


Açar sözlər: ,  ,