04.05.2020

"Ən yaxşı təqdimat" müsabiqəsinin rayon mərhələsi keçirilib

Xızı rayonu üzrə məktəblilər arasında keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin rayon mərhələsi başa çatıb. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar IX-XI sinif şagirdləri arasında təşkil olunan müsabiqənin əsas məqsədi ulu öndərin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirməkdən ibarətdir.

 Müsabiqənin bu  mərhələsində 12 nəfər rayon  məktəblisinin təqdimatı dinlənilib.

 Münsiflər heyətinin rəyinə əsasən, Xızı rayon M.Müşfiq adına Giləzi qəsəbə tam orta məktəbinin XI sinif şagirdi Məmmədova Zəhra Fazil qızının təqdimatı rayon üzrə "ən yaxşı təqdimat" olaraq seçilib və təqdimat müəllifi  müsabiqənin ölkə mərhələsində iştirak etmək hüququ qazanıb.

 


Açar sözlər: ,