15.09.2020

Yeni tədris ilinin ilk günü

2020-2021-ci tədris ilində pandemiya ilə əlaqədar  olaraq, dərslər həm əyani, həm də distant (məsafədən) formada təşkil edilib.

Bu gün I-IV siniflər tədris ilinə əyani və distant (məsafədən), V-XI siniflər isə distant formada başlayıb.

Xızı rayon ümumtəhsil müəssisələrinin fəaliyyəti əyani formada həftədə 3 dəfə xüsusi tədris planlarına uyğun təşkil edilir.

Qeyd edək ki, 2020-2021-ci tədris ilinin əvvəlinə olan proqnoz göstəricilərinə əsasən, yeni tədris ilində rayonun ümumi təhsil müəssisələrində ümumilikdə 2600 şagird təhsil alacaq. Şagirdlərin ümumi sayından 1266 nəfəri qız, 1334 nəfəri isə oğlandır.


Açar sözlər: ,  ,