05.09.2016

Masallıda “ASAN İntellektual” inkişaf mərkəzi də fəaliyyətə başlayıb

Masallı rayonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə sentyabrın 3-də açılış mərasimi keçirilmiş Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN həyat” kompleksində “ASAN İntellektual” inkişaf mərkəzi fəaliyyətə başlayıb.

Ətraflı
31.08.2016

Müəllimlər üçün əlavə yerləşdirmə

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə müvafiq keçid balını toplayan, lakin topladığı bal seçdiyi vakant yer üçün kifayət etməyən və bununla da müsahibə mərhələsinə keçmək hüququ qazanmayan və ya müsahibədə iştirak etməyən namizədlər üçün əlavə yerləşdirmə aparılacaq.

Ətraflı
11.08.2016

Tələbələrin köçürülməsi elektron qaydada aparılacaq

Təhsilalanların  ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi elektron qaydada həyata keçiriləcək.

Bu məqsədlə Təhsil Nazirliyi tərəfindən elektron proqram təminatı tətbiq olunmaqla Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində  Transfer.edu.az elektron portalı yaradılıb.

     Bununla bağlı avqustun 10-da Təhsil Nazirliyində press-brifinq keçirilib.

Ətraflı
11.07.2016

Təhsil naziri Qax şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Mikayıl Cabbarov 19 iyul 2016-cı il tarixində saat 11:00-da Qax şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Balakən, Qax, Zaqatala, Qəbələ, Oğuz və Şəki rayon sakinlərini qəbul edəcək.

Ətraflı
25.06.2016

Təhsil nazirliyinin Esttik Tərbiyə üzrəSilahlı Qüvvələr gününə həsr olunmuş Respublika rəsm müsabiqəsi

Təhsil nazirliyinin Esttik Tərbiyə üzrəSilahlı Qüvvələr gününə həsr olunmuş Respublika rəsm müsabiqəsi

Ətraflı
20.06.2016

Təhsil naziri Lənkəran şəhərində vətəndaşları qəbul edib

İyunun 20-də təhsil naziri Mikayıl Cabbarov Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayon sakinlərini qəbul edib.

Ətraflı
16.06.2016

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə test imtahanları başlayıb

İyunun 16-da respublikanın ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqə çərçivəsində test imtahanları başlayıb.

Ətraflı
14.06.2016

Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri

İyunun 14-də Bakıda yerləşən Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib.

Ətraflı
14.06.2016

Uşaq Yaradıcılıq Mərkəzinin tədbirlərində fəal iştirak edən şagirdlərə fəxri fərmanlar təqdim edilib

Uşaq Yaradıcılıq Mərkəzinin tədbirlərində fəal iştirak edən şagirdlərə fəxri fərmanlar təqdim edilib

Ətraflı
14.06.2016

Bu gün ümumtəhsil məktəblərində 11-ci sinfi bitirən şagirdlər üçün “Son zəng” çalınıb.

Bu gün ümumtəhsil məktəblərində 11-ci sinfi bitirən şagirdlər üçün “Son zəng” çalınıb.

Ətraflı
14.06.2016

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə test imtahanları

Respublikanın ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqə çərçivəsində test imtahanları 16-17 iyun 2016-cı il tarixlərində keçiriləcək.

Ətraflı
14.06.2016

Bu il XI sinif üzrə 88 591 şagird məzun olub

2015-2016-cı tədris ilində respublikanın ümumi təhsil məktəblərinin IX siniflərini 110 222, XI siniflərini 88 591 nəfər şagird bitirib.

Ətraflı
09.06.2016

Təhsil naziri Lənkəran şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Mikayıl Cabbarov 20 iyun 2016-cı il tarixində saat 11:00-da Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayon sakinlərini qəbul edəcək.

Ətraflı
06.06.2016

"Gənc xilasedici və yanğınsöndürən" Respublika yarışının zona mərhələsi keçirildi.

"Gənc xilasedici və yanğınsöndürən" Respublika yarışının zona mərhələsi keçirildi.

Ətraflı
02.06.2016

Müəllimlərin yerdəyişməsi üzrə elektron ərizələrin qəbuluna başlanılıb

Təhsil Nazirliyi respublikanın ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqəyə başlayıb.

Ətraflı