Oktay Rza oğlu Abdullayev

Müdir

 

Oktay Rza oğlu Abdullayev 31 Avqust 1964-cü il tarixində Sumqayıt şəhərində anadan olmuşdur.  1989-cu ildə  Azərbaycan Pedaqoji Xarici Dillər Universitetini fərqlənmə ilə bitirmişdir.

O, 1981-1982-ci illər arası Sumqayıt kompressorlar zavodunda ştamplayıcı,1982-1984-cü illərdə ordu sıralarında hərbi xidmət , 1984-1985-ci illərdə Sumqayıt kompressorlar zavodunda elektrik çlingəri, 1985-1989-cu illərd“Mühərrikquraşdırma” trestinin Bakı quraşdırma idarəsində çilingər,1989-1990-ci illər arası Xızı rayon Giləzi qəsəbə tam orta məktəbində müəllim, 1990-cı ildə Xızı rayon Komsomol komitəsinin  II katibi, 1991-1992-ci illərdə Xızı rayon Giləzi qəsəbə tam orta məktəbində məktəbdənkənar və sinifdənxaric işlər üzrə direktor müavini, 1992-2006-cı illər arası Xızı rayon Cabir Novruz adına Sitalçay 1 saylı tam orta məktəbinin direktoru işləmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 04 Oktyabr tarixli sərəncamı ilə Azərbaycan Respublikasının “Əməkdar müəllim”  adına layiq görülmüşdür.

2006-cı ilin may ayından Xızı rayon Təhsil şöbəsinin müdiri işləyir.

Ailəlidir, 3 övladı var.