Azərbaycan Respublikası Nazirlər kabinetinin 24 aprel 1990-cı il tarixli qərarı  ilə Xızı rayonu yaradılmış , elə həmin tarixdən də Xızı rayon Təhsil şöbəsi fəaliyyətə başlamışdır.

2015-2016-cı dərs ilində rayonda 8 tam orta , 6 ümumi orta ,1 ibtidai məktəb , 1 Uşaq Gənclər İdman məktəbi , 1 Uşaq Yaradıcılıq mərkəzi,1 Uşaq Şahmat məktəbi fəaliyyət göstərir.

Rayonun ümumtəhsil məktəblərində 167 sinif komplekt, 2136 şagird təhsil alır ki, onların təlim-tərbiyəsi ilə 260 müəllim məşğul olur.