Fənn olimpiadalarının rayon mərhələsinin keçirilməsi barədə Xızı RTŞ-nin müdrinin Əmri

İstedadlı şagirdlərin aşkara çıxarılmasında əhəmiyyətli rol oynayan fənn olimpiadalarının təşkili və keçirilməsi ilə bağlı işləri obyektiv və şəffaf qaydada həyata keçirmək məqsədilə, Azərbaycan Respublikası Təhsil Nazirinin 12.12.2014-cü il tarixli 1256 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə

 

ə m r    e d i r ə m:

 

I.Rayonun ümumtəhsil müəssisələrində fənn olimpiadalarının rayon mərhələsinin

  təşkili məqsədi ilə aşağıdakı tərkibdə Yerli təşkilat komitəsi yaradılsin.

Sədr:Abdullayev Oqtay Rza oğlu --RTŞ-nin müdiri

Üzvlər: 1.Baxışov Nəbi Xəlil oğlu- Xızı RTŞ-nin metodist

             2. Ələkbərov Vahib Eybulla oğlu-məsləhətçi

             3. Quliyev Sabir Nəbi oğlu-Yeni Yaşma  məktəbinin müəllimi

             4. Fərəcov Tural Ramazan oğlu-Xızı şəhər məktəbinin müəllimi

II.Tapşırılsın yerli təşkilat komitəsinə istedadlı şagirdlərin aşkara çıxarılması və onlarla    

    fənn olimpiadalarına cəlbi məqsədi ilə müxtəlif müsabiqələrin,test yoxlamaları və

    digər bilik yarışlarının təşkilini təmin etsinlər.

III.Tapşırılsın ümumtəhsil məktəblərinin direktorlarına fənn olimpiadalarının rayon

     mərhələsində iştirak edəcək şagirdlərin adlı siyahısını dekabr ayının 20-dək yerli

     təşkilat komitəsinə təqdim etsinlər.

IV.Fənn olimpiadalarının rayon mərhələsi IX-XI sinif şagirdləri cəlb olunmaqla   

     Azərbaycan dili və ədəbiyyat,tarix,coğrafiya,riyaziyyat,fizika,kimya,biologiya,

     informatika fənləri üzrə 2017-ci il yanvarın 8-də Giləzi qəsəbə tam orta məktəbində  

    təşkil edilsin.

V.Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

Oqtay Abdullayev

Xızı rayon Təhsil şöbəsinin müdiri

27 oktyabr 2016-cı il

№ 116