Fəaliyyət Planının təsdiqi barədə

    “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü ilə bağlı Tədbirlər Planı”nın icrasını təmin etmək, Azərbaycan Respublikası Təhsil Nazirinin25 oktyabr 2016-cı il tarixli 694 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə

 

ə m r    e d i r ə m:

 

I.Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2016-cı il tarixli 2378 nömrəli sərəncamı ilə təsdiq olunmuş ”Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü ilə bağlı Tədbirlər Planı”nın icrası ilə əlaqədar Xızı rayon Təhsil şöbəsinin Fəaliyyət Planı təsdiq edilsin(əlavə olunur).

II.Rayonun ümumtəhsil müəssisələri Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin vaxtında  yerinə  yetirilməsi  üçün tələb olunan  təşkilati işlərin həyata keçirilməsini təmin etsinlər.

III.Tapşırılsın ümumtəhsil məktəblərinin direktorlarına Fəaliyyət Planının yerinə yetirilməsini təmin etsinlər və görülmüş işlər barədə 23 dekabr 2016-cı il tarixədək Təhsil Şöbəsinə yazılı hesabat təqdim etsinlər.

IV.Əmrin icrasına nəzarət Xızı RTŞ-nin metodisti  Nəbi Baxışova  həvalə olunsun.

 

 

Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2016-cı il tarixli Sərəncamı

ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının

iyirmi beşinci ildönümü ilə bağlı Tədbirlər Planı”nın icrası ilə əlaqədar Xızı rayon

Təhsil şöbəsinin Fəaliyyət Planı

 

S/S

Tədbirlərin adı

İcraçılar

İcra müddəti

 

1

Rayonun ümumtəhsil məktəblərində şagirdlər arasında müstəqil Azərbaycana həsr olunmuş müxtəlif tədbirlərin keçirilməsi.

 

Məktəb direktorları

 

Oktyabr-Noyabr

 

1.1

Rayonun ümumtəhsil məktəblərində “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur”mövzusunda təcrübi seminarların təşkili.

 

Məktəb direktorları

 

Oktyabr-Noyabr

 

1.2

Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyəti mövzusunda dərs-mühazirələrin təşkili.

 

Məktəb direktorları

 

Oktyabr-Noyabr

 

1.3

Rayon ümumtəhsil məktəblərində “Azərbaycanın müstəqilliyi əbədidir,dönməzdir”mövzusunda “dəyirmi masa”ların, seminarların keçirilməsi.

Məktəb direktorları

 

 

Noyabr-Dekabr

 

1.4

Rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında “əsrə bərabər 25 il”mövzusunda bilik yarışının keçirilməsi.

 

Təhsil şöbəsi

 

Dekabr

 

1.5

Ümumtəhil məktəb şagirdlərinin iştirakı ilə “Rayonumuzun 25 ildə tərəqqisi”mövzusunda “dəyirmi masa”ların keçirilməsi.

 

Təhsil şöbəsi

 

Dekabr

1.6

Tanınmış tarixçi alimlərlə müəllim və şagird kollektivlərinin görüşlərinin keçirilməsi.

Təhsil şöbəsi

Dekabr

2

Uşaq,yeniyetmə və gənclər arasında rayon üzrə rəsm  və musiqi müsabiqələrinin keçirilməsi.

UYM

 Dekabr

 

3

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş idman növləri üzrə yarışların keçirilməsi.

UGİM

UGŞM

 

Dekabr

4

Rayon təhsil müəssisələrinin istedadlı və yaradıcı gənclərinin iştirakı ilə “Müstəqillik ulduzları”adlı konsert proqramının təşkili

 

 UYM

 

Dekabr

 

 

 

Oqtay Abdullayev

Xızı rayon Təhsil şöbəsinin müdiri

27 oktyabr 2016-cı il

№ 117