2016-2017-ci dərs ilində Ədəbiyyat biliciləri müsabiqəsinin keçirilməsi haqqında

    Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə  mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” 16 dekabr 2014-cü il tarixli 1279 nömrəli əmrinə uyğun olaraq, Təhsil Nazirliyinin 1 may 2015-ci il tarixli 535 nömrəli əmrinə əsasən məktəblilər arasında keçirilmiş “Ədəbiyyat biliciləri” müsabiqəsinin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları  haqqında şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması və onların mütaliəyə meyil və maraqlarının gücləndirilməsində əhəmiyyətli rol oynadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Təhsil Naziri cənab M.Cabbarovun 07 noyabr 2016-cı il tarixində imzaladığı nömrəli 722 əmrinin icrasını təmin etmək məqsədi ilə  

 

ə m r   e d i r ə m:

I. Rayonun ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Ədəbiyyat biliciləri ”       

    müsabiqəsi keçirilsin.

II.“Ədəbiyyat biliciləri” müsabiqəsinin rayon mərhələsi 11fevral 2017-ci il tarixində saat 10-00 da  Akademik M.A.Dadaşzadə adına Şuraabad qəsəbə tam orta məktəbində keçirisin.

III.“Ədəbiyyat biliciləri” müsabiqəsinin rayon mərhələsinin keçirilməsi üçün aşağıdakı tərkibdə   

       Təşkilat Komitəsi yaradılsın.

     Təşkilat Komitəsinin sədri:- Oqtay Abdullayev – Xızı RTŞ-nin müdiri

     Təşkilat Komitəsinin sədr müavini:- Vahib Ələkbərov – Xızı RTŞ-nin məsləhətçisi

     Təşkilat Komitəsinin məsul katibi:- Nəbi Baxışov – Xızı RTŞ-nin metodisti

     Təşkilat Komitəsinin üzvləri:- 1.Sevil Zülfiyeva – C.Novruz adına Sitalçay 1 saylı  tam orta

                                                                                           məktəbin ədəbiyyat müəllimi

                                                        2.Xəyalə Cabbarova – M.Müşfiq adına Giləzi qəsəb  tam orta   

                                                                                             məktəbinin ədəbiyyat müəllimi

                                                        3.Tural Fərəcov–R. İsmayılov adına Xızı şəhər tam orta    

                                                                                           məktəbin ədəbiyyat müəllimi

                                                        4.Qafur Mərdanov – A.Abdullayev adına Altıağac  qəsəbə tam            

                                                                                          orta məktəbin ədəbiyyat müəllimi

IV.Məktəb mərhələsinin qalibi olmuş şagirdlərin rayon mərhələsinin keçiriləcəyi gün Şuraabad

 qəsəbə tam orta məktəbinə çatdırılmasını təmin etmək ümumtəhsil   məktəblərinin direktorlarına tapşırılsın.

V.Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

Oqtay Abdullayev

Xızı rayon Təhsil şöbəsinin müdiri

08 noyabr 2016-cı il

№ 119