“Xüsusi hallar”  barədə

    Təhsil Nazirliyi sisteminə daxil olan ümumtəhsil məktəbləri və məktəbdənkənar təhsil müəssisələri ilə işin səmərəli təşkili, fövqəladə hallar,təbii fəlakətlər, cinayət hadisələri və təhsil müəssisələrinin normal iş ahənginin pozulması ilə nəticələnən digər hallar haqqında məlumatların operativ verilməsi, eləcədə qurumlararası fəaliyyətin əlaqələndirilməsi, zəruri hallarda təxirəsalınmaz tədbirlərin görülməsini və Azərbaycan Respublikası Təhsil Nazirinin 15 noyabr 2016-cı il tarixli 728 nömrəli əmrinin icrasını təmin etmək məqsədi ilə

                                                         ə m r   e d i r ə m.

 

I.Aşağıda göstərilən hallar operativ məlumat verilməsinə aid olan xüsusi hallar kim müəyyən edilsin:

1.1. Təbiifəlakətlər (hava temperaturunun kəskin dəyişməsi, leysan yağışları, sel, daşqın, güclükülək, güclü qar, zəlzələ,sürüşmə və sair), texnogen qəzalar,digər fövqəladə hadisələr;

  1.2. elektirik, istilik, su və qaz təchizatının  dayandırılması və bu kimi digər hallar nəticəsində normal fəaliyyətin pozulması;

  1.3. təhsilalanların, işçilərin kütləvi zəhərlənməsi, epidemiya  xarakteri  alan  xəstəliklər;

1.4. inzibati,tədris və digər binalara, əsas vəsaitlərə, kitabxana fonduna ziyan dəyməsi;

1.5 .təhsil müəssisəsinin ərazisində Azərbaycan Respublikasında qadağan olunmuş, mülki dövriyyəsi məhdudlaşdırılmış (silahlar və döyüş sursatı, narkotik vasitələr,psixotrop maddələr, partlayıcı maddələr və qurğular, zəhərləyici və radioaktiv maddələr) malların aşkar olunması;

1.6. təhsil işçiləri və təhsilalanlar tərəfində cinayət o cümlədən korrupsiya xarakterli və inzibatixəta əlamətli əməllərin törədilməsi, təhsil müəssisəsində (onun ərazisində)cinayət və ya inzibati xəta hadisələrinin baş verməsi;

1.7. təhsilalanlar və müəssisə işçilərinə qarşı fiziki və ya psixi zorakılıq halların baş verməsi;

1.8. Təhsil Nazirliyinin strukturuna daxil olmayan qurumlar,o cümlədən hüquq –mühafizəorqanları tərəfində öz fəaliyyəti çərçivəsində təhsil müəssisələrində hər-hansı araşdırmaların və ya digər tədbirlərin həyata keçirilməsi,təhsilalanlar və işçilərin kənar tədbir və araşdırmalara cəlb edilməsi, həmçinin təhsil müəssisəsinə məxsus sənədlərin və əşyaların tələb olunması və ya götürülməsi;

1.9. təhsil müəssisəsində və onun ərazisində təhsilalanların və təhsil işçilərinin xəsarət alması, habelə müəssisədə və müəssisədən kənarda ağır xəsarət və ya ölümlə nəticələnən bədbəxt hadisələr,intihar halları;

1.10.müəssisədə yanğın, partlayış və terror təhlükəsi,qanunsuz kütləvi etiraz aksiyaları və ixtişaşlar, dini təbliğat təhsilalanlar və təhsil müəssisələrinin işçiləri ilə bağlı baş vermiş ictimai rezonans doğura biləcək hadisə və ya hallar;

1.11.təhsil müəssisəsinin ərazisinin zəbt olunmasına cəhdlər, ərazidə özbaşına tikinti və yenidənqurma işlərinin aparılması;

1.12. müəssisəya məxsus dövlət nümunəli və digər əhəmiyyətli sənədlərin ( tədris pedaqoji, maliyyə-təsərrufat və s), möhür və ştampların itirilməsi;

 

  1. Ümumtəhsil məktəblərinin və məktəbdənkənar tərbiyə müəssisələrinin  rəhbərləri:

2.1.xüsusi hallar barədə məlumatın hazırlanması və ötürülməsi üçün birbaşa cavabdehdirlər;

2.2.Əmrin 1.1-1.12-ci bəndlərində göstərilən xüsusi hallar barədə məlumatları Xızı rayon Təhsil şöbəsinə (həftənin iş günləri 9:00 dan 18:00-dək 02331-50-3-75 telefon nömrəsinə), qeyri-iş vaxtları isə (050) 330-16-71 telefon nömrəsinə)verilməsini təmin etsinlər;

2.3.xüsusi hallar, onların baş vermə (törədilmə)yeri, vaxtı, əhatə və təsir dairəsi, nəticələri əgər məlumdursa səbəbləri, həçinin həyata keçirilən təxirəsalınmaz tədbirlər barədə mümkün dərəcədə dəqiq və ətraflı məlumatin hazırlanmasını, hadisə barədə məlumat daxil olduqdan sonra dərhal 2.2-ci bənddə göstərilmiş əlaqə telefonlarına adiyyəti üzrə şifahi şəkildə, axşam saat 17:00-dəkelektron formada Xızı rayon Təhsil Şöbəsinin tehsil-09@ box.az elektron poçtuna ötürülməsini təmin etsinlər;

2.4.xüsusi halların xarakteri və təhlükəlilik səviyyəsindən asılı olaraq zəruri hallarda müvafiq orqanların və xidmətlərin (fövqəladə hallar, hüquq-mühafizə orqanları, təcili tibbi yardım xidməti və sair )cəlb olunması ilə bağlı təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini təmin etsinlər;

2.5.xüsusi hallar zamanı davranışla bağlı heyət və təhsilalanlarla təlimati işləri həyata keçirsinlər, xüsusi halların və nəticələrinin aradan qaldırılması istiqamətində mümkün olan ilkin tədbirləri yerinə yetirsinlər;

2.6.xüsusi halların və onların nəticələrinin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumatların bu əmrin 2.2.-ci bəndində göstərilən qaydada Xızı rayon Təhsil şöbəsinə təqdim olunmasını təmin etsinlər;

2.7.xarakterindən asılı olaraq xüsusi halların başvermə səbəblərini araşdırsınlar, kollektivdə müzakirə etsinlər və gələcəkdə belə halların təkrar baş verməməsi üçün profilaktik tədbirləri həyata keçirsinlər.

 

  1. Xüsusi hallar barədə məlumatların vaxtında verilməsinə görə şəxsən məsuliyyət daşıdıqları ümumtəhsil məktəblərinin və məktəbdənkənar tərbiyə müəssisələrinin rəhbərlərinin nəzərinə çatdırılır.

IV.Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Oqtay Abdullayev

Xızı rayon Təhsil şöbəsinin müdiri

16 noyabr 2016-cı il

№ 121