25.09.2020

Xızı rayon məktəbliləri arasında “Mini futbol” yarışı keçirilib

Yeniyetmə və gənclərin asudə vaxtlarının, onların istirahətinin təşkili hər zaman Xızı rayon Təhsil Şöbəsinin diqqət mərkəzində saxlanılır. Şagirdlərin  asudə vaxtlarının səmərəli təşkili, onların zərərli vərdişlərdən uşaqlaşdırılması, istirahət müddətində onların bilik səviyyələrinin, dünyagörüşünün artırılmasına köməklik göstərilməsi üçün rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə şagirdlərin iştirakı ilə bir sıra tədbirlər təşkil olunub.

Məktəblilərin tətili günlərində də Təhsil Şöbəsi tərəfindən də bir sıra onlayn formada yarışlar təşkil edilib.

24-25 sentyabr 2020-ci il tarixlərdə Xızı rayon uşaq və yeniyetmələr arasında “Mini futbol” yarışı keçirilib. Yarışda 8 komanda iştirak edib. Mini futbol yarışının qalib komandaları Xızı rayon Təhsil Şöbəsinin diplomları ilə təltif olunublar.


Açar sözlər: ,  ,