Təhsil Nazirliyinin elan etdiyi "Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 4-cü qrant müsabiqəsi"ndə ümumtəhsil kateqoriyası üzrə qalib olmuş Xızı rayon Yeni-Yaşma kənd tam orta məktəbinin “Məktəb-valideyn-şagird münasibətlərində uğurlu əməkdaşlığın qurulması" adlı layihəsi uğurla davam etdirilir.
Layihənin əsas məqsədi məktəbdə müəllim, şagird və valideynlərin birgə iştirakı ilə sağlam mühitin yaradılması, məktəbdə müəllim və valideyn əməkdaşlıqlarının möhkəmləndirilməsi ilə təhsilin keyfiyyətinin artırılması və bütün bunlarla bərabər valideynlərin məktəbin idarə olunmasında iştiraklılığının artırılmasıdır.
Üç ay ərzində davam etməsi nəzərdə tutulmuş layihədə Xızı rayon ümumtəhsil müəssisələrinin şagird və valideyn kollektivləri ilə təlim və görüşlər keçirilir.