30.11.2020

"Qarabağ zəfərimiz" adlı mühazirələrə start verilib

“Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” Xızı RTŞ üzrə Tədbirlər Planına əsasən RTŞ-nin təşkilatçılığı ilə "Qarabağ zəfərimiz" adlı mühazirələrə start verilib. İlk mühazirə Respublikanın əməkdar müəllimi, akademik M.A.Dadaşzadə adına Şorabad qəsəbə tam orta məktəbinin direktoru Xatirə Həşimzadənin "Sevgi dastanı, Qarabağ məkanı" adlı mövzusu ilə başlanılıb. Keçirilən mühazirədə rayon üzrə ümumtəhsil müəssisələrinin yüz nəfərdən artıq şagirdi iştirak edib. Şagirdlər Qarabağın gözəllikləri ərazisi haqqında keçirilən mühazirə zamanı qiyabi formada tanış olublar. Qarabağ yurdumuz haqqında mühazirələr Xızı RTŞ-nin təşkilatçılığı ilə hər həftənin birinci və ikinci günləri davam etdirilir.