26.11.2020

"Gənclər arasında ailənin və nigahın əhəmiyyəti və onun qorunması" adlı videokonfrans keçirilib

Xızı rayon M.Müşfiq adına Giləzi qəsəbə tam orta məktəbin təşkilatçılığı ilə “Gənclər arasında ailənin və nigahın əhəmiyyəti və onun qorunması” adlı videokonfrans keçirilib. Keçirilən konfransda iştirak edən yuxarı sinif şagirdlərinə bu istiqamətdə məktəbin direktoru və psixoloqu tərəfindən mühazirə söylənilib. Mühazirənin sonunda şagirdlərlə məktəbin psixoloqu arasında mövzu ətrafında fikir mübadiləsi edilib və verilən suallara cavab verilib.