26.12.2020

"Sən azadsan, Azərbaycan!" adlı tədbir keçirilib.

Xızı rayon akademik M.A.Dadaşzadə adına Şorabad qəsəbə tam orta məktəbin təşkilatçılığı ilə "Sən azadsan, Azərbaycan!" adlı tədbir keçirilib. Tədbirdə şagirdlərimizə Ali Baş Komandanımızın uğurlu siyasəti, Rəşadətli Ordumuzun qələbəsi və Şəhidlərimiz haqqında ətraflı məlumat verilib. Videokonfrans zamanı şagirdlərə şanlı qələbəmiz haqqında məlumatlar verildikdən sonra şagird təqdimatları dinlənilib, şagirdlərimizin fikirləri ilə müzakirələr aparılıb.

Sonda Vətən müharibəsi Şəhidlərimizin xatirəsinə həsr edilmiş videorolik nümayiş etdirilib.


Açar sözlər: ,  ,  ,  ,