19.01.2021

Xızı rayon ümumtəhsil məktəblərində 20 Yanvar faciəsinin otuz birinci ildönümünə həsr edilən anım tədbirləri keçirilib

19 yanvar 2021-ci il tarixində Xızı rayon ümumtəhsil məktəblərində 20 Yanvar faciəsinin otuz birinci  ildönümü münasibətilə anım tədbirləri keçirib.

Tədbirlərdə 20 yanvar hadisələrinə aid video görüntülərin nümayişi zamanı uşaqların vətənpərvərlik mövzusunda şeir kompozisiyaları təqdim olunub.

Tədbirlərdə çıxışçılar  bu tarixin Azərbaycanın istiqlal yolunun ilk zirvəsi olduğunu qeyd edərək bildiriblər ki, həmin gün Azərbaycan xalqı çox ağır imtahan verdi: “Qeyd etmək lazımdır ki, həmin günlərdə ölkə informasiya blokadasında idi. Hər hansı ölkədə buna oxşar hadisə baş versəydi, dünya dövlətləri tez bir zamanda münasibət bildirərdilər. Lakin həmin vaxt Azərbaycanla bağlı düzgün məlumat verilmirdi, dünya bu təcavüzə laqeyd yanaşırdı.  Ümummilli lider Heydər Əliyev bütün təzyiqlərə baxmayaraq, bu qanlı cinayətə görə məsuliyyət daşıyanları Kremlin bir addımlığında, həm də bütün dünyanın gözü qarşısında ittiham etdi. O, yenidən hakimiyyətə qayıtdıqdan sonra bu məsələyə dövlət səviyyəsində siyasi - hüquqi münasibət bildirildi.”

Qeyd edilib ki, qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublikanın rayonlarında  yüz qırx yeddi  nəfər (147)  qətlə yetirilmiş,  yeddi yüz qırx dörd nəfər (744) yaralanmış, səkkiz yüz qırx bir (841) nəfər qanunsuz həbs olunmuş, onlardan yüz on iki (112) nəfəri SSRİ-nin muxtəlif şəhərlərinə aparılaraq həbsxanalarda saxlanılmışdı. Həlak olanlar arasında müxtəlif millətlərin nümayəndələri,  uşaqlar,  qadınlar, qocalar, sağlamlıq imkanları məhdud olan insanlar da var


Açar sözlər: ,  ,  ,