26.01.2021

Xızı məktəblilərinin növbəti uğuru

Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi,  Sumqayıt şəhər 1nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə "Qarabağa gedən yol" adlı onlayn Respublika şeir müsabiqəsi keçirilib. Müsabiqəyə Xızı rayon ümumtəhsil məktəbləri üzrə, Xızı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri də qatılıb. Müsabiqənin yekun nəticələrinə əsasən Yeni-Yaşma kənd tam orta məktəbin şagirdləri İsayeva Sevil, Məhərrəmli Mövlanə və M.Müşviq adına Giləzi qəsəbə tam orta məktəbin şagirdi Kərimova Ləman II yer, R.İsmayılov adına Xızı şəhər tam orta məktəbin şagirdi Quliyeva Zəhra III yerə layiq görülüblər.


Açar sözlər: ,