18.02.2021

Bilik yarışı keçirilib

Xızı rayon Z.Abbasov adına Baxşılı kənd ümumi orta məktəbində şagirdlərin intelektual səviyyəsinin artırılması məqsədi ilə növbəti bilik yarışı keçirilib. Yarış məktəbin psixoloqu Aytən Ələkbərovanın təşkilatçılığı ilə  baş tutub.

Bilik yarışı şagirdlər arasında əməkdaşlığı inkişaf etdirmək, onların dəqiq elmlərə marağını artırmaq və yeni biliklər qazandırmaq məqsədilə keçirilib.

Yarışda “Vətən”, “Xarı Bülbül”, “Qarabağ”, komandaları iştirak ediblər. Şagirdlərə ümumilikdə 20 sual təqdim olunub.

Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışda bütün komandalara stimul məqsədi ilə qalibiyyət verilib.

Məktəbin direktoru Təvəkkül Baxışov şagirdləri və müəllimləri yarış münasibətilə təbrik edərək, qalib komandaların üzvlərinə fəxri diplom təqdim edib.

 


Açar sözlər: ,  ,