18.02.2021

“Qəhrəmanlar ölmür”

Xızı rayon Xələnc kənd ümumi orta məktəbdə Azərbaycan dili müəlliminin təşkilatçılığı ilə “Qəhrəmanlar ölmür” adlı Şəhid Natiq Verdiyevin əziz xatirəsinə həsr olunmuş onlayn tədbir keçirilib. Təhsil müəssisələrində gənclərdə milli-vətənpərvərlik ruhunun aşılanması məqsədilə keçirilən tədbirlərdə rayon təhsil ictimaiyyəti ilə yanaşı Xızı RTŞ-in nümayəndələri, Şəhidin ailəsi və digər şəxslər iştirak edib.

Tədbirdə Vətən uğrunda canından keçən Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru bildirib ki, Azərbaycan qəhrəmanlar yurdu, igidlər məskənidir. Vətənin müstəqilliyi, ərazi bütövlüyü hər bir insanın arzusudur və onu qoruyub saxlamaq isə hər bir vətəndaşın borcudur. Xalqımıza, Odlar Yurdu Azərbaycana xas olan qəhrəmanlıq ənənəsi bu gün də yaşayır. Vətən uğrunda canından keçən qəhrəmanlar heç vaxt unudulmur və unudulmayacaq. 

Sonra məktəbin Azərbaycan dili müəllimi Pəri Nadirli çıxış edib. O, məktəbdə şagirdlərin milli-vətənpərvərlik ruhunda tərbiyəsi ilə bağlı görülən işlərdən söhbət açıb.  Ölkəmizin ərazi bütövlüyü və suverənliyi uğrunda Şəhid olan insanlara Allahdan rəhmət diləyib. Ölkə Prezidenti cənab İlham Əliyevin apardığı siyasət nəticəsində azad olunmuş torpaqlarımızdan və qələbəmizdən danışıb.

Xələnc kənd ümumi orta məktəbin şagirdlərinin hazırladığı “Qəhrəmanlar ölmür” adlı ədəbi-bədii kompozisiya iştirakçılara kövrək anlar yaşadıb.


Açar sözlər: ,  ,