22.02.2021

Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci il klassik Azərbaycan şairi “Nizami Gəncəvi ili” elan edilib. Təsdiq olunmuş tədbirlər planına əsasən A.Abdullayev adına Altıağac qəsəbə tam orta məktəbində dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə RTŞ-nin nümayəndələri, məktəbinin şagirdlər və pedaqoji heyəti iştirak edib.

Çıxış edənlər cari ilin “Nizami Gəncəvi ili” elan edilməsini, Azərbaycançılığa, onun tarixinə və mədəniyyətinə olan ehtiramın təzahürü olduğunu qeyd ediblər. Bildirilib ki, milli-mənəvi dəyərlərə hörmət ulu öndər Heydər Əliyevin apardığı siyasətin mühüm tərkib hissələrindən idi. Məhz Ümummilli Lider hakimiyyətdə olduğu dövrdə Azərbaycan mədəniyyətinə, milli-mənəvi dəyərlərə hər zaman xüsusi diqqət yetirilib və bu siyasətin məntiqi davamıdır ki, bu gün ölkə üzrə mütəfəkkir şairimizin irsini təbliğ edən silsilə tədbirlər keçirilir. Ümumtəhsil müəssisələrində təşkil olunan dahi şairin xatirəsinə həsr olunmuş silsilə tədbirlər məktəblilərin mənəvi-psixoloji hazırlığının yüksəlməsində mühüm rol oynayır.

Məktəbdə həmçinin dahi şairin həyat və yaradıcılığına həsr olunmuş bilik yarışı keçirilib.


Açar sözlər: ,  ,  ,  ,