22.02.2021

“Narkomaniyaya yox deyək" mövzusunda tədbir keçirilib

Xızı rayon A.Abdullayev adına Altıağac qəsəbə tam orta məktəbində XXI əsrin ən ağır bəlası olan "Narkomaniyaya yox deyək" mövzusunda tədbir keçirilib. Tədbir pandemiya qaydalarına uyğun olaraq müəyyən say çərçivəsində üç qrup üzrə keçirilib.

Yuxarı sinif şagirdləri ilə keçirilən tədbiri məktəbin direktoru Arif Nağıyev açıb. Sonra məktəbin psixoloqu çıxış edərək qeyd edib ki, narkomaniya insanın tədricən ölümünə səbəb olur. İnsan şüurlu olaraq öz-özünü ölümə məhkum edir.

Sonra məktəbin müəllimləri çıxış edərək yeniyetmələrə başa salıblar ki, əfsuslar olsun bu gün orqanizmində narkotik daşıyıcısı olanların əksəriyyəti gənc nəslin nümayəndələridir. Bunun sonunda dayanan faciəni isə təsəvvür etmək belə qorxuncdur. Çünki gənclər hər bir millətin gələcəyi, dövləti inkişaf etdirən başlıca sütundur.

Tədbirin sonunda şagirdlərə sağlam həyat, xoşbəxt gələcək arzulanıb.


Açar sözlər: ,  ,  ,  ,