22.02.2021

Məktəblilərə biçmə-tikmə və toxuculuq sənətinin sirləri öyrədilir

R.İsmayılov adına Xızı şəhər tam orta məktəbində şagirdlərin asudə vaxtlarında və texnologiya fənninin tədrisi zamanı onlara bicmə-tikmə və toxuculuq  sənətinin sirləri öyrədilir.

R.İsmayılov adına Xızı şəhər tam orta məktəbi Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 2019-cu ilin dekabr ayında tikilərək müəllim və şagird kollektivinin istifadəsinə verilib.

Məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil alıb bilik və bacarıqlara yiyələnmələri üçün hər tərəfli şərait yaradılıb. Digər fənnlərin tədrisində mövcud geniş imkanlar kimi texnologiya fənninin tədrisi zamanı da, qız və oğlanların asudə vaxtlarının səmərəli təşkili, bicmə-tikmə, toxuculuq və oyma sənətinin sirlərinin tədrisi üçün hər bir şərait yaradılıb.


Açar sözlər: ,  ,