01.04.2021

Xızı UGİŞM-nin kollektivi Şəhid ailəsini ziyarət edib

 Xızı rayon Uşaq-Gənclər, İdman-Şahmat məktəbinin kollektivi Vətən müharibəsində Şəhid olmuş Cəfərov Elməddin Hümbət oğlunun ailəsini ziyarət ediblər.

 Əzəli torpaqlarımızın azad olunması uğrunda apardığımız 44 günlük Vətən müharibəsində Xızı rayonu üzrə 8 nəfər igid Vətən uğrunda Şəhidlik zirvəsinə ucalmışdır. Xızı rayon Təhsil kollektiviŞəhid və qazi ailələrinin xatirəsini daim əziz tutur, Şəhid ailələri və qazilərlə vaxtaşırı görüşlər keçirir.

 Şəhid Elməddin Cəfərovun ailə üzvləri bütün Şəhid ailələri adından göstərilən diqqət və qayğıya görə dövlət rəhbərliyinə minnətdarlığını ifadə edib və məhz ölkə başçısının apardığı uğurlu siyasətin, ordu quruculuğunun və islahatların nəticəsində torpaqlarımızın düşmən tapdağından azad olduğunu bildirib.