02.04.2021

Xızı rayon Fındığan kənd tam orta məktəbində Şəhid Əliyev Kərim Qeyrətxan oğlunun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Tədbirdə Xızı rayon Təhsil Şöbəsinin müdiri Oqtay Abdullayev, Şəhidin ailə üzvləri, qohumları, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər. Əvvəlcə Şəhid Kərim Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. RTŞ müdiri Oqtay Abdullayev bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən, Şəhidin  şərəfli ömür yolundan danışıb, şagirdlərə tövsiyələrini verib.

 Sonra çıxış edən Şəhidin ailə üzvləri Azərbaycanın tarixən öz qəhrəmanları ilə seçildiyini, Əliyev Kərimin də qanında-canında qəhrəmanlıq, mübarizlik hissi olduğunu bildirib. Şəhidin xatirəsinə həsr olunmuş  güşənin önündə məktəbin şagirdləri qəhrəmana həsr olunan şeirlər, nəsr parçaları söyləyiblər.


Açar sözlər: ,  ,  ,