02.04.2021

Xızıda Aprel döyüşlərində qəhrəmancasına şəhid olan gizir Ravil Novruzovun xatirəsi anılıb

Xızı rayon Təhsil Şöbəsinin və M.Müsfiq adına Giləzi qəsəbə tam orta məktəbin təşkilatçılığı ilə aprel döyüşləri Şəhidlərinin əziz xatirəsinə həsr olunmuş " Cahana bərabər qəhrəmanlıq" adlı Şəhid Ravil Novruzovun doğulduğu evdə tedbir keçirilib.

Giləzi qəsəbəsində Şəhidin məzarını ziyarət edən mərasim iştirakçıları R.Novruzovun Vətənpərvər övlad olmasından, doğma Vətənə sevgisindən danışıblar. Ravilin daim xatirələrdə yaşayacağı, onun qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğu qeyd olunub.

Çıxışlardan sonra Mikayıl Müşfiq adına Giləzi qəsəbə tam orta məktəbinin şagirdlərinin hazırladığı ədəbi-bədii kompazisiya təqdim olunub.

Məlumat üçün bildiririk ki, Şəhid Novruzov Ravil Elman oğlu 05 sentyabr 1986-cı ildə Xızı rayon Giləzi qəsəbəsində anadan olub. 2016-cı ildə aprel döyüşlərində iştirak edərək, 02 aprel 2016-cı il tarixində Talış yüksəkliyi uğrunda gedən döyüşlərdə Şəhid olmuşdur. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi yubileyi" və "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medallar ilə təltif olunub.


Açar sözlər: ,  ,  ,