07.04.2021

Xızıda Şəhid Araz Rüstəmovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Xızı rayon M.Müşfiq adına Giləzi qəsəbə tam orta məktəbin təşkilatçılığı Şəhid Rüstəmov Arazın əziz xatirəsinə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə YAP Xızı rayon təşkilatının sədri, RTŞ-nin əməkdaşları – İman Ağayev, Vahib Ələkbərov, Zaur Zeynallı, Giləzi qəsəbə İcra nümayəndəsi Aydın Dadaşov, Giləzi bələiyyəsinin sədri Nasim Zəkiyev, Şəhidin ailə üzvləri, qohumları, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Əvvəlcə Araz Rüstəmovun  xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Məktəbin direktoru Svetlana Rüstəmova bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən, Şəhidin şərəfli ömür yolundan danışıb, şagirdlərə tövsiyələrini verib. Çıxışçılar Azərbaycanın tarixən öz qəhrəmanları ilə seçildiyini, Şəhid Araz Rüstəmovun da qanında-canında qəhrəmanlıq, mübarizlik hissi olduğunu bildirib.

Sonra məktəbin şagirdləri qəhrəmana həsr olunan şeirlər, nəsr parçaları söyləyib, mahnılar ifa etmişlər.
 


Açar sözlər: ,  ,  ,