27.05.2021

28 May - Respublika Günü münasibətilə “Şərqin ilk demoktarik  Respublikası - Azərbaycan Xalq Cümhuriyyəti”  mövzusunda tədbirlər keçirilib

Keçirilən tədbirlərdə RTŞ nümayəndələri, məktəbin pedaqoji və şagird kollektivləri  iştirak ediblər.

Çıxış edən natiqlər bildirib ki, 1918-ci ildə Şərqdə ilk demokratik respublika Azərbaycan Xalq Cümhuriyyətinin yaranması milli dövlətçilik tariximizdə öz önəmi və dəyəri, böyük tarixi əhəmiyyəti olan hadisədir. Cəmi 23 ay yaşamasına baxmayaraq həyata keçirdiyi silsilə tədbirlər xalqına, millətinə, onun beynəlxalq səviyyədə tanınmasına, müstəqil  demokratik dövlət kimi fəaliyyət göstərməsinə tutarlı bir tarixi faktdır.

Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi bütün sahələrdə - xarici siyasət, beynalxalq münasibətlər, daxili siyasət, milli təhlükəsizlik, sosial-iqtisadi, enerji, təhsil, səhiyyə, elm və s. sahələrdə dayanıqlı dövlət kimi fəaliyyət göstərməkdədir. Azərbaycanın dövlətçilik ənənələrinin qorunub saxlanması və inkişaf etdirilməsi Prezident İlham Əliyevin fəaliyyətinin başlıca istiqamətlərindəndir.

Sonda mövzu ilə bağlı fikir mübadilələri aparılıb.

 

 


Açar sözlər: ,  ,  ,