29.05.2021

“Qarabağ şəhidləri və Qarabağ zəfəri” adlı onlayn şeir müsabiqəsində uğur

Ümumi təhsil müəssisələrinin şagirdləri arasında “Qarabağ şəhidləri və Qarabağ zəfəri” adlı onlayn şeir müsabiqəsi yekunlaşıb

Təhsil Nazirliyi, Türkiyə Təhsil Müşavirliyi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən onlayn şeir müsabiqəsinin əsas məqsədi Vətən müharibəsində torpaqlarımız uğrunda canından keçmiş şəhidlərimizin qəhrəmanlıq yolu ilə yaxından tanış olmaq və olanların əziz xatirəsini daim anmaq, qazanılan zəfəri bütün Türk dünyasının qələbəsi olduğunu geniş ictimaiyyətə çatdırmaq, gələcəyimiz olan şagirdlərin vətənpərvər ruhda formalaşdırılması işinə təkan vermək, xüsusi istedada malik olan uşaqları aşkar etməkdən ibarətdir.

Müsabiqənin yekunlarına əsasən Xızı rayon akademik M.A.Dadaşzadə adına Şorabad qəsəbə tam orta məktəbin şagirdi Aytac Hüseynovanın şeiri, seçilən 25 ən yaxşı şeir siyahısına daxil edilib.

Müsabiqənin yekununda seçilmiş 50 ən yaxşı şeir kitab halında dərc olunacaq.


Açar sözlər: ,  ,  ,