01.06.2021

Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub

Xızı rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar onlayn və ənənəvi tədbirlər keçirilib.

Tədbirlərdə ölkəmizdə uşaqlara dövlət səviyyəsində göstərilən diqqət və qayğının əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğu, bu ənənənin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyi şagirdlərin diqqətinə çatdırılıb.

Həmçinin Uşaqların Beynəlxalq Müdafiəsi Gününün tarixi barədə şagirdlərə geniş məlumat verilib. Bildirilib ki, BMT-nin Baş Assambleyasının 1950-ci il iyunun 1-də təşkil etdiyi qadınların beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səsləndirilib və elə həmin konfransda da iyunun 1-ni uşaqların müdafiəsi gününə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.

Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da bugünün böyük təntənə ilə yüksək səviyyədə qeyd edildiyini bildirən müəllimlər azərbaycanlı uşaqların səsinin daima yüksəklərdən gəlməsini və hər zaman uğur qazanmasını arzulayıblar.

Tədbirlərdə şagirdlər Azərbaycan və dünya xalqlarına məxsus mahnılar oxuyub, şeirlər söyləyib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Bundan əlavə, tədbirlərdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş fotostendlərə, şagirdlərin əl işlərindən ibarət sərgilərə baxış keçirilib.


Açar sözlər: ,  ,  ,