11.06.2021

Xızı rayon Xələnc  kənd ümumi orta məktəbində "Hər birimiz istedadıq!" adlı tədbir keçirilib

Xızı rayon Xələnc kənd ümumi orta məktəbində "Hər birimiz istedadıq!" adlı IV sinif şagirdlərinin təqdimatında bədii tədbir keçirilib .

Tədbir pandemiya şəraiti nəzərə alınaraq təhsil şöbəsinin əməkdaşlarının, məktəbin direktoru, müəllimlər, şagirdlər və şagirdlərin valideynlərinin iştirakı ilə təşkil edilib. Belə tədbirlərin keçirilməsi istedadlı şagirdləri sevindirməklə bərabər, onlarda bir çox müsbət keyfiyyətin yaranmasını və inkişafını sürətləndirir . Tədbirdə şagirdlər istedad və bacarıqlarını nümayiş etdiriblər . Onlar mahnı oxuyub, şeir söyləyiblər. Tədbirin davamında isə məktəblilər tərəfindən maraqlı səhnəciklərlər nümayiş etdirilib. Sonda isə il ərzində dərslərində fəal olan və müxtəlif sahələrdə fərqlənən şagirdlərfəxri fərman və diplomlarla mükafatlanıb.

 

 


Açar sözlər: ,  ,  ,  ,