14.06.2021

Xızı məktəblərində “Son zəng” tədbirləri keçirilib

İyunun 14-də Xızının ümumi təhsil müəssisələrində məzunlar üçün “Son zəng” çalınıb.

Xızı məktəblərində keçirilmiş “Son zəng” tədbirlərində Xızı RTŞ-nin müdiri Oqtay Abdullayev, RTŞ-nin əməkdaşları, məzunlar, məhdud sayda müəllimlər iştirak ediblər.

Tədbirlərdə məktəb məzunlarının iştirakı ilə mahnı və rəqslərdən ibarət kompozisiyalar və maraqlı proqram nümayiş etdirilib.

Dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlər Fəxri fərman və diplomlarla təltif olunublar.

“Son zəng” tədbiri ümumi təhsil müəssisələrinin həyətyanı ərazisində sosial məsafə gözlənilməklə açıq hava şəraitində 1 saatdan artıq olmamaqla keçirilib.


Açar sözlər: ,  ,  ,