25.06.2021

Xızı rayon ümumtəhsil məktəblərində Azərbaycan Silahlı Qüvvələri Gününə həsr edilmiş tədbir

Xızı rayon ümumtəhsil məktəblərində 26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr olunan tədbirlər keçirilib. Tədbirlərdə Vətən müharibəsində qazanılan şanlı Qələbəyə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirlərdə vurğulanıb ki, bu böyük Qələbənin şərəfinə dastanlar, romanlar, tarixi əsərlər yazılacaq.

Tədbirlərdə çıxış edən ziyalılar çıxış edərək bildiblər ki, Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında üzərinə düşən məsuliyyətli missiyanın öhdəsindən layiqincə gəlib, işğal altında olan torpaqlarımızı ləyaqətlə azad etdi. Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlər sayəsində Azərbaycan Ordusu bölgənin ən güclü ordusuna çevrilib.

 

 


Açar sözlər: ,  ,