28.06.2021

Şəhid Ağaəhmədov Elnur Fəxrəddin oğlunun doğum günü qeyd olunub

Torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Xızı rayon sakini Ağaəhmədov Elnur Fəxrəddin oğlunun xatirəsi onun doğum günündə dəfn olunduğu Sitalçay kəndində məzarı yanında anılıb.

Əvvəlcə Xızı rayon Təhsil Şöbəsinin müdiri, Şəhidin təhsil aldığı Xızı rayon C.Novruz adına Sitalçay 1 saylı tam orta məktəbin müəllim və şagird kollektivi mövcud pandemiya qaydaları gözlənilməklə şəhidin məzarı ziyarət edib, məzarı önünə gül dəstələri qoyub, şəhidin ailə üzvlərinə başsağlığı veriblər.

İştirakçılar Şəhid Ağaəhmədov Elnur Fəxrəddin oğlunun şərəfli ömür yolundan danışıb.
Qeyd olunub ki, biz ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində  güclü həmrəyliyin, yenilməz ruhun bir daha şahidi olduq. Vətən müharibəsində Azərbaycan gəncliyi vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirdi.

 


Açar sözlər: ,  ,  ,