22.06.2021

Xızı məktəblərində  “Yay məktəbi” layihəsi çərçivəsində robot texnologiyanın tədrisi

Mühəndislik təhsilinə diqqətin artırılması, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi,  müasir və innovativ biliklərə sahib mühəndislərin hazırlanmasında universitetlərin rolunun yüksəldilməsi mövcud zamanın əsas tələblərindəndir. Bu amillə paralel olaraq addımlaması vacib olan mühəndislik təhsilinin əsas hissəsini də uşaq mühəndisliyi tutur. Azərbaycanda  bütün sahələrdə olduğu kimi, mühəndislik sahəsində də uğurlu işlər həyata keçirilməkdədir. Ölkəmizdə təməli atılmış, fəaliyyətini uğurla davam etdirən və qısa zamanda bir çox məktəblərin ən vacib daxili dərnək və məktəbdən sonra praktiki çalışma proqramına çevrilən layihələrdən biri də Robot texnologiyalarının tədrisdə tətbiqidir.

Bu baxımdan Xızı məktəblərində robot texnologiyanın ilkin tətbiqi davam etdirilir. Robot texnologiyanın tədrisi şagirdlər tərəfindən böyük maraqla qarşılanıb və bir neçə kiçik nümunələr hazırlanıb.


Açar sözlər: ,  ,