05.07.2021

Məzunlara attestatlar verilir

Xızı Rayon üzrə Təhsil Şöbəsinin tabeliyindəki məktəblərdə IX və XI sinfi bitirən məzunlara attestatlar verilir. 

Attestatlarda illik və imtahan qiymətləri yazılır. Tam orta təhsil haqqında attestatda isə şagirdin bitirdiyi sinfin təmayül istiqaməti də qeyd olunur.

Xızı rayon Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin IX sinifləri 141 , XI sinifləri üzrə isə 194 nəfər attestat alıb.

Qeyd edək ki, attestatlar Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” əsasında məzunlara təqdim olunur.


Açar sözlər: ,  ,  ,