21.09.2021

Xızıda Şəhid Cəfərov Elməddin Hümbət oğlunun doğum günü qeyd olunub

Tədbirdə Şəhidin ailə üzvləri, yaxınları, Xızı Rayon İcra Hakimiyyətinin Başçısı və digər rəsmi şəxslər iştirak ediblər. Həmçinin tədbirə Şəhidin təhsil aldığı akademik M.A.Dadaşzadə adına Şorabad qəsəbə tam orta məktəbin müəllim və şagird heyəti qatılıblar. Şəhidin əziz xatirəsinin əbədiləşdirilməsi istiqamətində təhsil aldığı akademik M.A.Dadaşzadə adına Şorabad qəsəbə tam orta məktəbində güşə, sinif otağı və Şəhidin stendi hazırlanıb.

Tədbirdə Şəhidin qəhrəmanlığından və vətənpərvərliyindən söz açılıb. Bildirilib ki, Şəhid Cəfərov Elməddin Hümbət oğlu Vətən müharibəsinin ilk günlərindən bir sıra uğurlu əməliyyatlarda fəal iştirak edib.


Açar sözlər: ,