22.09.2021

Yeni dərs ilinə start verilib

Sentyabrın 22-si Xızı Rayonu üzrə Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin   I-IV sinifləri üzrə yeni dərs ilinə start verilib.

Təhsil müəssisələrində ilk dərslər təhsil naziri Emin Əmrullayevin imzaladığı “2021-2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri barədə” əmrinə əsasən  “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.

Qeyd edək ki,sentyabrın 29-dan isə ümumi təhsil müəssisələrinin bütün sinifləri üzrə ənənəvi tədrisə başlanılacaq.


Açar sözlər: ,  ,  ,