06.10.2021

Narkotik vasitələr və narkomanlığa qarşı mübarizəyə dair bağlı konfrans keçirilib.

Xızı rayon ümumtəhsil məktəblərinin psixoloq, direktor müavini və sinif rəhbərlərinin iştirakı ilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı konfrans keçirilib.

Konfransların keçirilməsində əsas məqsəd məktəblilər arasında narkomanlığın cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlarla bağlı təbliğat aparmaq, onları belə neqativ əməllərdən çəkindirmək və məktəblilərin təhsilə, elmə, idmana olan marağını artırmaqdan ibarətdir.