06.10.2021

“Qarabağ Azərbaycandır!” adlı fləşmob hazırlanıb

Xızı rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə  dövlətimizə və ordumuza dəstək, “Zəfər” ilinin bir ili münasibəti ilə hərbi vətənpərvərlik mövzusunda “Qarabağ Azərbaycandır!” adlı fləşmob hazırlanıb.

Qeyd edək ki, fləşmobun hazırlanmasında əsas məqsəd “Zəfər” ili ərəfəsində diqqəti vətənpərvərlik hisslərinin təbliğinə, müzəffər Azərbaycan ordusunun qəhrəmanlığına və şanlı qələbəmizə yönəltməkdir.


Açar sözlər: ,  ,  ,