07.10.2021

"Diqqət, uşaqlar!" adı altında hərəkətin təhlükəsizliyinə dair tədbirlər keçirilib

Xızı rayon R.İsmayılov adına Xızı şəhər və M.Müşfiq adına Giləzi qəsəbə tam orta məktəblərində  «Diqqət, uşaqlar!» adı altında hərəkətin təhlükəsizliyinə dair tədbirlər keçirilib.

Xızı rayon Polis Şöbəsi, Dövlət Yol Polisi bölməsinin və Xızı rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə  tədbirlərin keçirilməsinin əsas məqsədi uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin effektliyinin yüksəldilməsinə dövlət yol polisinin köməyinin artırılması olub.


Açar sözlər: ,  ,  ,