08.10.2021

Xızı rayon Uşaq-Gənclər, İdman, Şahmat məktəbində görüş

2011-ci il sərbəst güləş üzrə dünya bürünc medalçısı Əşrəf Əliyevlə Xızı rayon Uşaq-Gənclər, İdman, Şahmat məktəbində görüş keçirib.

Görüşdən əvvəl Əşrəf Əliyev şagirdlərlə səmimi söhbət edib.

Tədbirdə Gənclər və İdman Nazirliyinin əməkdaşı Tofiq Eyvazov, Xızı rayon YAP təşkilatının sədri Fərrux Haqverdiyev, Xızı rayon Təhsil şöbəsinin metodisti Zaur Zeynalov çıxış edərək Əşrəf Əliyevə daha yüksək nailiyyətlər arzulayıblar.

Görüşün sonunda Əşrəf Əliyev çıxış edərək, ona ünvanlanan sualları cavablandırıb.