18.10.2021

Müstəqilliyin Bərpası Günü ilə bağlı tədbirlər təşkil olunub

Xızı rayon ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrində 18 oktyabr – Müstəqilliyin Bərpası Günü ilə bağlı tədbirlər keçirilib.

Tədbirlərdə bildirib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazanıb. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşayıb. İkinci tarixi imkan bir də 70 il sonra yaranıb. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verib.

Tədbirdə Müstəqilliyin Bərpası Gününün tarixi və əhəmiyyəti haqqında məktəblilərə geniş məlumatlar verilib.


Açar sözlər: ,  ,  ,