09.12.2021

Məktəblilərin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilib

Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər davam edir.

Xızı rayon C.Novruz adına Sitalçay 1 saylı tam orta məktəbin şagirdlərinin paytaxtın Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olub. Mərkəzin ekskursiyaçısı məktəblilər qarşısında "Heydər Əliyev və gənclər siyasəti" mövzusunda məruzə ilə çıxış edib. O, ölkəmizdə gənclər siyasətinin təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu, Azərbaycan gənclərinin daim dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib.

Diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizdə uğurla davam etdirilən gənclər siyasəti həm mahiyyət, həm də keyfiyyətcə yeni müstəviyə qədəm qoyub. Bu siyasət gənc nəslin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir.

Məktəblilər Mərkəzin ekspozisiya zalında Ulu Öndərin zəngin irsini və şərəfli ömür yolunu əks etdirən foto və sənədlərlə tanış olublar.


Açar sözlər: ,  ,