09.12.2021

Xızı məktəbliləri Fəxri xiyabanda ulu öndəri yad ediblər

Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsinə məktəblərdə də xüsusi diqqət yetirilir, anım günü tədbirləri keçirilir. Çünki uşaqlar Azərbaycanı paçalanmaqdan, milləti məhv olmaqdan xilas edən ulu öndəri layiqincə tanımalıdır, bu azadlığı, müstəqilliyi sağlamlığı bahasına yaradan, qoruyan insanın bu uğurların hansı çətinliklərlə əldə edildiyini bilməlidirlər.

Ümummilli lider Heydər Əliyevin iradəsi, gücü və idarəetmə bacarığı ilə Azərbaycanı inkişaf etdirməsi məktəblilərə aşılanmalıdır. Uşaqlar tariximizi bilməli, ondan özləri üçün biliklər əldə etməlidirlər.

Xızı məktəblilərindən nailiyyətləri ilə seçilən şagirdlər Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.


Açar sözlər: ,  ,