07.12.2021

Xızı məktəbliləri təltif olunub

Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan ordusunun Vətən müharibəsində qazandığı qələbəyə həsr olunmuş “44 Gün”- Respublika virtual yaradıcılıq müsabiqəsinə yekun vurulub.

Müsabiqə 2 mərhələ üzrə təşkil edilmişdi. Müsabiqənin I mərhələsi 4 – 20 oktyabr 2021-ci il tarixlərində, II mərhələ 20 oktyabr - 4 noyabr 2021-ci il tarixlərində keçirilib. Yekun təltif olunma mərasimi 1 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzinin Təsviri Sənət Qalereyasında təşkil olunub.

Müsabiqəyə şeir üzrə 54, esse üzrə 63, rəsm üzrə 135 iş təqdim olunub. Müsabiqəyə göndərilən işlər hər yaş qrupunda 3 yer üzrə qiymətləndirilib. Hər nominasiya üzrə 9 nəfər olmaqla ümumi 27 uşaq qalib seçilib.

Təltifolunma mərasimində Təhsil Nazirliyininin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin baş məsləhətçisi Maral Salmanova,Azərbaycan Pedaqoji Universitetin Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının baş müəllimi , Pedoqogika üzrə fəlsəfə doktoru Adil Balıyev, Əməkdar İncəsənət xadimi, professor, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi Məmmədhüseyn Hüseynov, Rayonlarda fəaliyyət göstərən Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin direktorları iştirak ediblər.


Açar sözlər: ,  ,  ,