24.12.2021

Narkomaniyanın zərərləri barədə maarifləndirici tədbir keçirilib

Xızı rayon R.Ismayılov adına Xızı şəhər tam orta məktəbində narkomaniyanın zərərləri barədə maarifləndirici tədbir keçirilib.

Xızı rayon Təhsil Şöbəsi və Polis şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə məktəbin müəllim heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.

Şəhər polis şöbəsinin rəisi Faiq Hüseynov çıxışında tədbirin keçirilməsinin əhəmiyyətindən və ölkəmizdə narkomaniyaya qarşı aparılan mübarizədən söz açıb. Polis polkovniki “ağ ölüm”ün cəmiyyətdə yaratdığı fəsadlar, insanların sağlamlığına vurduğu zərərlər barədə ətraflı məlumat verib.

Təhsil Söbəsinin müdiri Oqtay Abdullayev çıxışında qeyd edib ki, gənclərin sağlam böyüməsində ən vacib amillərdən biri də narkomaniya ilə mübarizə və onun profilaktikasıdır.

Sonra çıxış edənlər də narkomaniyanın acı nəticələrindən danışıb, gələcəyimizin sağlam formalaşması üçün yeniyetmə və gənclər arasında aparılan maarifləndirmə tədbirlərinin əhəmiyyətini diqqətə çatdırıblar.


Açar sözlər: ,  ,  ,