“Fənn Müsabiqələrinin rayon mərhələsinin keçirilməsi haqqında” Xızı rayon Təhsil şöbəsinin əmri

“Fənn Müsabiqələrinin Xızı rayon mərhələsinin keçirilməsi” məqsədilə

 

əmr edirəm.

 

I. Rayonun ümumtəhsil məktəblərinin VI-VII sinif şagirdlərinin iştirakı ilə Fənn Müsabiqələrinin rayon mərhələsi keçirilsin.

II. Fənn Müsabiqələrinin rayon mərhələsi 26-27 Aprel 2021-ci il tarixində saat 10:00-da M.Müşfiq adına Giləzi qəsəbə tam orta məktəbində keçirisin. 26 Aprel tarixində VI siniflər üçün “Riyaziyyat” və “İnformatika” 27 Aprel tarixində VII siniflər üçün “Fizika”, “Biologiya” və “Kimya” fənləri üzrə Fənn Müsabiqələrinin rayon mərhələsi keçirilsin.

III. Fənn Müsabiqələrinin rayon mərhələsinin keçirilməsi üçün aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın.

Təşkilat Komitəsinin sədri:- Oqtay Abdullayev – Xızı RTŞ-nin müdiri

Təşkilat Komitəsinin sədr müavini:- İman Ağayev- Xızı RTŞ-nin məsləhətçisi

Təşkilat Komitəsinin məsul katibi:- Vasif Əsdanov – Xızı RTŞ-nin metodisti

Təşkilat Komitəsinin üzvü:- Zaur Zeynallı – Xızı RTŞ-nin metodisti

Təşkilat Komitəsinin üzvü:- Şəfəq Dadaşova – RTŞ-nin kargüzar-katibəsi

IV. Fənn Müsabiqələrinin rayon mərhələsinin keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə nəzarətçi

müəllimlər təyin olunsunlar.

1. Hüseynova Xanım Ağalar qızı- M.Müşfiq adına Giləzi qəsəbə tam orta məktəbinin müəllimi

2. Məmmədov Teyyub Mətləb oğlu- M.Müşfiq adına Giləzi qəsəbə tam orta məktəbinin müəllimi

3. Zülfiyev Amid Yaqub oğlu- M.Müşfiq adına Giləzi qəsəbə tam orta məktəbinin müəllimi

4. Dadaşova Səidə Xudayar qızı- C.Novruz adına Sitalçay 1 saylı tam orta məktəbinin müəllimi

5. Zeynalova Dursun Ağalar qızı- C.Novruz adına Sitalçay 1 saylı tam orta məktəbinin müəllimi

6. Almasov Amid Sübhan oğlu- C.Novruz adına Sitalçay 1 saylı tam orta məktəbinin müəllimi

7. Şəfiyev Paşa Hasil oğlu- M.A.Dadaşzadə adına Şorabad qəsəbə tam orta məktəbinin müəllimi

Oqtay Abdullayev

Xızı RTŞ-nin müdiri

19 aprel 2021 ci il

№ F- 07

 


Açar sözlər: