“Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsi barədə” Xızı RTŞ-nin müdirinin əmri

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 fevral 2021-ci il tarixli 146s nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikasının Təhsil Nazirinin 09 mart 2021-ci il tarixli F-74 nömrəli əmrini Xızı rayon Təhsil şöbəsinin ümumtəhsil məktəblərində və məktəbdənkənar təhsil müəssisələrində icrasını təmin etmək məqsədilə

 

əmr  edirəm.

 

1. Dahi Azərbaycan şairi və mütəffəkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsi ilə bağlı Xızı RTŞ-nin Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).

2. Ümumtəhsil məktəblərinin və məktəbdənkənar tərbiyə müəssisələrinin direktorları Tədbirlər planının yerinə yetirilməsini təmin etsinlər və görülmüş işlər barədə 14 dekabr 2021-ci il tarixədək Xızı rayon Təhsil şöbəsinə hesabat təqdim etsinlər.

3. Xızı RTŞ-nin Məsləhətçisi (İman Ağayev) Tədbirlər Planının icrası ilə əlaqədar daxil olmuş hesabatları ümumiləşdirib 17 dekabr 2021-ci il tarixində Təhsil Nazirliyinə təqdim olunmasını təmin etsin.

4. Xızı RTŞ-nin Metodik Mərkəzinin Metodisti (Zaur Zeynallı) əmrin əlavəsi ilə birlikdə Xızı RTŞ-nin tabeliyində olan ümumtəhsil məktəblərinin və məktəbdənkənar tərbiyə müəssisələrinin direktorlarına catdırılmasını təmin etsin.

5. Əmrin icrasına nəzarət Xızı RTŞ-nin Metodik Mərkəzinin Direktoru Vahib

Ələkbərova həvalə olunsun.

Əsas: Azərbaycan Respublikası Təhsil Nazirinin 09 mart 2021-ci il tarixli F-74 nömrəli əmri .

 

Xızı RTŞ-nin müdiri.

O.R.Abdullayev

«10» Mart 2021-ci il

№ F-05

 


Açar sözlər: